
“Rayo Valyekano”nun sağ cinah müdafiəçisi Andrey Ratu “Barselona”nın yay transfer hədəflərindən biridir.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunda rumıniyalı futbolçu çox yüksək qiymətləndirilir.
26 yaşlı müdafiəçi bu mövsüm İspaniya La Liqasında 26 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun “Rayo Valyekano” ilə müqaviləsi 2028-ci ilə qədərdir.