Millinin müdafiəçisini transfer etmək yarışında favoritdir - Paytaxt təmsilçisi

00:10 İspaniya 181
Millinin müdafiəçisini transfer etmək yarışında favoritdir - Paytaxt təmsilçisi

“Real” “Bornmut”un və İspaniya millisinin müdafiəçisi Din Heyseni transfer etmək yarışında liderlik edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun transferində “Çelsi” və “Liverpul” da maraqlıdır.

Heysenin “Bornmut”la müqaviləsində 60 milyon avro dəyərində satın alma variantı var və müdafiəçinin keçmiş klubu “Yuventus” transfer məbləğinin 10 faizini alacaq.

19 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti