“Barselona” italiyalı üçün növbəti dəfə cəhd edəcək

25 Mart 20:25 İspaniya 169
“Barselona” italiyalı üçün növbəti dəfə cəhd edəcək

“Barselona” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu italiyalı futbolçunu diqqətlə izləməyə davam edir.

Bir neçə il əvvəl “Barselona” artıq yarımmüdafiəçi üçün 65 milyon avro təklif edərək onu almağa çalışıb.

Tonali bu mövsüm bütün yarışlarda 35 matçda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti