“Bir az yorğunuq, amma unutmamalıyıq ki, biz “Barselona”yıq”

25 Mart 16:55 İspaniya 136
“Bir az yorğunuq, amma unutmamalıyıq ki, biz “Barselona”yıq”

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Osasuna” ilə təxirə salınan oyun haqda danışıb.

Sportinfo.az “Barsa Universal”-a istinadən xəbər verir ki, o, komanda olaraq La Liqanı qazanmaq üçün hər şeyi edəcəklərini söyləyib:

“Bir az yorğunuq, amma unutmamalıyıq ki, biz “Barselona”yıq. Cümə axşamı oynamaq lazımdırsa, bunu edəcəyik və La Liqanı qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

22 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

İspaniya çempionatının 27-ci turunun “Barselona” – “Osasuna” görüşü martın 27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!