
“Barselona”nın müdafiəçisi Andreas Kristensen qarşıdakı transfer pəncərəsində satıla bilər.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu cari mövsüm bitdikdən sonra 28 yaşlı futbolçunu satmağa çalışacaq.
Danimarkalı oyunçu üçün cari mövsüm son dərəcə uğursuz keçir. O, La Liqanın ilk turunda zədələnib.
Kristensen yanvarda meydana qayıtsa da, oynamadan yenidən ciddi zədə alıb və hələ də tam sağalmayıb.
Kristensenin müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatacaq və Kataloniya klubu onun azad agent kimi ayrılmasını gözləmək istəməz.