“Barselona” Messini geri qaytarmaq üçün… BUNU EDİR!

23 Mart 16:55 İspaniya 2 690
“Barselona” Messini geri qaytarmaq üçün… BUNU EDİR!

“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika klubunu tərk edə bilər.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, “Barselona” argentinalı futbolçunun geri qaytarılması üzərində işləyir.

Kataloniya klubunun planı Messinin 2026/27 mövsümü başlamazdan əvvəl komandaya qayıtmasıdır.

Onun geri dönməsi ilə bağlı danışıqların “Barselona”nın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcəyi bildirilir.

37 yaşlı forvard 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Onun MLS klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Messi “Barselona”da uzun illər oynayıb və çoxlu mükafatlar əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti