İki nəfər arasında Paz söhbəti - İstəsə, geri ala bilər

22 Mart 20:50 İspaniya 243
İki nəfər arasında Paz söhbəti - İstəsə, geri ala bilər

“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Real”ın məşq bazasına baş çəkib və komandanın çalışdırıcısı Karlo Ançelotti ilə söhbət edib.

Sportinfo.az ABC-yə istinadən xəbər verir ki, mütəxəssislər “Komo”da çıxış edən yarımmüdafiəçi Niko Pazın gələcəyini müzakirə ediblər.

Futbolçu 6,5 milyon avroya “Real”dan İtaliya klubuna keçib və onun hüquqlarının 50 faizi Madrid klubuna məxsusdur. “Real” istəsə, Pazı geri ala bilər.

Fabreqas yarımmüdafiəçini ən azı növbəti mövsümün sonuna qədər saxlamaq istəyir. Ançelotti ispaniyalı mütəxəssisin istəklərinə müsbət cavab verib.

Paz bu mövsüm İtaliya çempionatında 27 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 18:10 Bu da Santusla İLK!