Mövsümün sonunda komandasını dəyişəcək – Fransalı hücumçu

22 Mart 20:25 İspaniya 299
Mövsümün sonunda komandasını dəyişəcək – Fransalı hücumçu

“Atletiko”nun hücumçusu Antuan Qrizmann cari mövsümün sonunda komandasını dəyişəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard karyerasını MLS-də davam etdirməkdə maraqlıdır.

“Atletiko” oyunçunu komandada saxlamağın mümkün olmayacağına razılaşıb.

Qrizmannın Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədər hesablanıb.

O, İspaniya çempionatının bu mövsümündə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 18:10 Bu da Santusla İLK!