Ərəblər Ronaldonu bu ilin yayında “Real”a icarəyə verəcək?

21 Mart 01:40 İspaniya 179
Ərəblər Ronaldonu bu ilin yayında “Real”a icarəyə verəcək?

“Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Real Madrid”ə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

“Kral klubu”nun 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün icarəyə götürmək ehtimalı var.

Belə olan halda “Real” turnirdə qalib olarsa, Ronaldo ilk dəfə dünya çempionu titulunu qazanacaq.

2024/25 mövsümündə Kriştiano klub səviyyəsində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Forvard 2009-2018-ci illərdə “Real”ın şərəfini qoruyub.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi