
“Barselona”nın müdafiəçisi Pau Kubarsi İspaniya millisində Raul Asensio ilə birgə çıxış etmək imkanından danışıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Asensionun yaxşı oğlan kimi göründüyünü söyləyib:
“Biz çox danışmamışıq, amma o, yaxşı oğlan kimi görünür. Əla mövsüm keçirir və bizdə yaxşı mərkəz müdafiəçisi cütlüyü ola bilər”.
“Real”ın 22 yaşlı müdafiəçisi bu mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.
O, UEFA Millətlər Liqasının Niderland yığması ilə qarşıdakı oyunları üçün ilk dəfə İspaniya millisinə çağırılıb.