Məşqi ləğv etdi, futbolçulara əlavə istirahət verdi

19 Mart 21:40 İspaniya 131
Məşqi ləğv etdi, futbolçulara əlavə istirahət verdi

“Barselona”nın çalışdırıcısı Hans-Diter Flik komandanın məşqini ləğv edərək, futbolçulara əlavə istirahət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barca Universal” nəşri məlumat yayıb.

Kataloniyalıların almaniyalı baş məşqçisi futbolçularına bazar ertəsinə qədər fasilə vermək qərarına gəlib. Flik özü asudə vaxtını Almaniyada keçirəcək.

Ehtiyatda bir oyunu olan “Barselona” 27 matçdan sonra 60 xal toplayıb ki, bu da onlara İspaniya çempionatının turnir cədvəlinə başçılıq etməyə imkan verir.

Komandanın tibbi heyət üzvünün vəfatı ilə bağlı La Liqanın 27-ci turundan təxirə salınmış “Osasuna” ilə matçı martın 27-də keçirliəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!