”Barselona” bir şərtlə sata bilər - Özü getmək istəsə

17 Mart 18:20 İspaniya 128
”Barselona” bir şərtlə sata bilər - Özü getmək istəsə

“Barselona” yaxın gələcəkdə mərkəz müdafiəçisi Ronald Arauxonu satmaq fikrində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu Arauxo üçün transfer təkliflərini yalnız bu yay, onun özünün komandadan ayrılmaq qərarına gəldiyi təqdirdə nəzərdən keçirəcək.

Uruqvaylı futbolçu yanvar ayında İspaniya klubu ilə 2031-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalayıb, lakin oyunçunun mümkün gedişi ilə bağlı söhbətlər bununla bitməyib.

“Yuventus” və “Mançester Yunayted” 26 yaşlı müdafiəçi ilə maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...