Məşhur oyunçunun anası nəyə görə narahat olub?

16 Mart 17:20 İspaniya 132
Məşhur oyunçunun anası nəyə görə narahat olub?

“Barselona”nın hücumçusu Lamin Yamal La Liqanın 11-ci turunun “Real”la oyununda irqçi təhqirləri xatırladıb.

Kataloniyalılar səfərdə “Real”ı 4:0 hesabı ilə məğlub edib.

Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunun üzərində dayanmağın mənasının olmadığını söyləyib:

“Anam bundan narahat idi. Amma bu görüşdən sonra pisləri unudub, qələbəni qeyd etdik.

Məncə, həyatdan həzz almaq lazımdır. İnsanlar səni təhqir edəndə bunu uduzduqları üçün, hirslə edirlər. Bunun üzərində dayanmağın mənası yoxdur”.

17 yaşlı Yamal İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti