
“Barselona”nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq AÇ-2024-ü buraxmağa məcbur edən zədədən sonra vəziyyəti barədə danışıb.
Niderlandlı futbolçu 2024-cü ilin aprelində topuğundan ciddi zədə alıb və yalnız oktyabrda meydana qayıdıb.
Sportinfo.az “Ziggo Sport-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hələ də ən yaxşı səviyyədə olmadığını bildirib:
“Artıq matçlar zamanı topuqlarım haqqında düşünmürəm. Uzun müddətdən sonra zədədən sağalanda hələ də diskomfort hiss edirdim və bəzi işləri əvvəlki kimi görə bilmirdim.
Bunun bir az vaxt aparacağını bilirdim, amma bu, bir az əsəbi idi, çünki tez sağalmaq və mümkün qədər tez oyuna qayıtmaq istəyirsən.
Əvvəlki səviyyəmə qayıtmışam? Bunun ən yaxşı səviyyə olduğunu söyləmək istəmirəm. Amma özümü yaxşı hiss edirəm. Düşünürəm ki, indi yaxşı formadayam və bunu siz də görə bilərsiz.
Müqavilə ilə bağlı şayiələr məni narahat edir?Hərdən xəbərlər görürəm. Qəzet oxumuram, amma sosial şəbəkədə yazılanlara baxıram. Çoxdandır ki, buradayam, ona görə, öyrəşmişəm.
Bəzən bu, narahatedici ola bilər. Müəyyən bir nöqtədə insanlar məlumat yaratmağa başlayırlar və sonra mən danışmalı oluram”.
De Yonq La Liqanın cari mövsümündə “Barselona”nın heyətində 15 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.