“Bilmirəm, bəlkə” - Mübahisəli epizodla bağlı etiraf etdi

00:00 İspaniya 66
“Bilmirəm, bəlkə” - Mübahisəli epizodla bağlı etiraf etdi

“Atletiko”nun hücumçusu Xulian Alvares komanda yoldaşlarına deyib ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununda (1:0, pen – 2:4) penalti zərbəsini yerinə yetirərkən həqiqətən də topa iki dəfə toxunuş etmiş ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Matçın baş hakimi Şimon Marçinyakın topa iki dəfə toxunduğu üçün Alvaresin penaltidən vurduğu zərbəni saymamasından sonra komanda yoldaşlarının ondan bu barədə soruşduğu vurğulanır. O, belə cavab verib:

“Bilmirəm, bəlkə. Bilmirəm”.

Alvares bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat