"Özümü əla hiss edirəm" - Daha çox oynamaq istəyir

18:40 İspaniya 78
"Özümü əla hiss edirəm" - Daha çox oynamaq istəyir

Bu il 40 yaşı tamam olacaq “Real”ın kapitanı Luka Modriç yaşına baxmayaraq, həftədə bir neçə matç oynamağa hazır olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Modriç özünü əla hiss etdiyini deyib:

“Üç gündən bir oynaya biləcəyimə əminəm, amma buna baş məşqçi qərar verir. Ardıcıl iki və ya üç matç keçirə bilərəm. Özümü əla hiss edirəm və hər zaman kömək etməyə hazıram”.

Xorvatiyalı futbolçu kapitan sarğısını taxaraq, komandasını “Atletiko” ilə UEFA Çempionlar Liqasının 1/8 mərhələsində cavab matçında meydana çıxarıb.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Real” cavab matçında minimal hesabla məğlub olub. Penaltilər seriyasında daha dəqiq olan (4:2) Karlo Ançelottinin komandası növbəti mərhələyə adlayıb.

Modriç Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin “Real”la dəfələrlə İspaniya çempionu və Çempionlar Liqasının qalibidir

O, bu mövsüm bütün klub yarışlarında 43 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti