Yayda “Barselona”nı tərk edəcək - İspaniyalı qapıçı

14 Mart 21:40 İspaniya 108
Yayda “Barselona”nı tərk edəcək - İspaniyalı qapıçı

“Barselona”nın qapıçısı İnaki Penya yay transfer pəncərəsində komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

26 yaşlı futbolçu ilə İspaniya La Liqasının iki təmsilçisi maraqlanır. Söhbət “Betis” və “Selta”dan gedir.

Penya bu mövsüm bütün yarışlarda 22 matçda meydana çıxıb, 25 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlaya bilib.

Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO