Hakimi təhqir edən hücumçuya 5 oyunluq cəza verildi

13 Mart 22:00 İspaniya 86
Hakimi təhqir edən hücumçuya 5 oyunluq cəza verildi

İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Atletiko”nun hücumçusu Anxel Korreanı 5 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı La Liqanın 27-ci turunun “Xetafe” ilə oyununda (1:2) 88-ci dəqiqədə kobud oyuna görə qırmızı vərəqə alıb. Korrea meydandan qovulduqdan sonra hakim Kuadra Fernandesi təhqir edib.

Korrea hakimi təhqir etdiyinə görə dörd və meydandan qovulduğuna görə əlavə olaraq bir oyunluq cəza alıb.

Futbolçunun cəzası La Liqa və kubok oyunlarına şamil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti