
Sabiq ispaniyalı hücumçu Queyre Betankur vaxtı ilə iki dəfə “Barselona”ya keçməyə yaxın olduğunu açıqlayıb.
sPORTİNFO.az “Curioss”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, gənc yaşlarında olarkən Kataloniya klubunun ona qanunsuz olaraq pul ödəməyə çalışdığını iddia edib:
“Barselona” ilə iki dəfə müqavilə bağlamağa yaxın idim. 20 yaşım olanda “Las Palmas”da oynayırdım, təyyarəyə mindim və Barselonaya getdim.
Bundan heç kimin xəbəri yox idi. İdman direktoru olan Karles Rexaçla nahar etməyə getdim və o, mənə dedi:
“Sənə pulu zərfdə verəcəyik, sən təvazökar ailədənsən”. “Boz pul”, belədir. Və bu, ilk dəfə baş verdi. Mən şokda idim”.
Daha sonra Betankur 6 milyon avroya “Vilyarreal”a transfer olunub. O, bu komandada beş il çıxış edib, ümumilikdə 181 oyun keçirib və 25 qol vurub.
İspaniya millisinin heyətində bir oyunda iştirak edən keçmiş hücumçu dünya çempionatının seçmə mərhələsində San Marino yığması ilə matçda (5:0) cəmi 15 dəqiqə oynayıb.