
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada “Xetafe”yə məğlubiyyəti (1:2) dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis əllərindən gələnin ən yaxşısını göstərmədiklərini deyib:
“Bu, hər bir oyunçunun özünəməxsus şəkildə daha yaxşı oynamağa çalışdığı matç idi. Əlimizdən gələnin ən yaxşısını göstərmədik və sonda şanslarımızdan istifadə etmədik.
Penalti qolu bizə önə keçmək imkanı verdi. Sonra Anxel Korreanı meydandan qovdular, bəlkə də, hakim haqlı idi, bəlkə də, yox.
Amma o, Korreanı qovmaq qərarına gəldi. Bundan sonra rəqib üstünlüyə sahib oldu və çox oxşar iki qol vurdular.
Bu, layiqli məğlubiyyət idi və indi biz necə toparlanacağımızı düşünməliyik”.