“Barselona”da ölüm hadisəsi - “Real” başsağlığı verdi

15:40 İspaniya 123
“Barselona”da ölüm hadisəsi - “Real” başsağlığı verdi

“Barselona”nın əsas komandasının həkimi 40 yaşlı Karles Minyaro Qarsia vəfat edib.

Sportinfo.az xəbər verir ki, “Real” əzəli rəqibinə Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib.

“Real” klubu, onun prezidenti və Direktorlar Şurası “Barselona”nın həkimi Karles Minaryo Qarsiyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Biz Karlesin əzizlərinə və yaxınlarına, onun həmkarlarına və bütünlükdə “Barselona”ya öz kədərimizi və dəstəyimizi çatdırmaq istərdik”, - deyə bəyanatda vurğulanıb.

Həkimin ölümünə görə ötən gün baş tutmalı olan “Barselona” – “Osasuna” matçı təxirə salınıb.

Qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti