“Çox istərdim ki, milçək olum - İndiyə kimi bir çox oyunçu mənimlə mübahisə edib”

8 Mart 22:00 İspaniya 177
“Çox istərdim ki, milçək olum - İndiyə kimi bir çox oyunçu mənimlə mübahisə edib”

“Real”ın baş məşqçisi Karlo Ançelotti gənc futbolçulardan komandada nadir hallarda istifadə etdiyinə görə ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “Madrid Universal”-a danışan italiyalı çalışdırıcı bunu deyib:

“Bəzən mənə elə gəlir ki, bizə kifayət qədər qiymət verilmir.

Çox istərdim ki, milçək olum və oynamadığı matçdan sonra evə gedəndə bir oyunçunun dediklərinə qulaq asım. İndiyə kimi bir çox oyunçu mənimlə mübahisə edib”.

“Real” 26 turdan sonra 54 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda növbəti turda “Rayo Valyekano”nu qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti