
“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerası haqda fikirlərini bölüşüb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barsa”nın dünyanın ən yaxşısı olduğunu söyləyib:
“Barselona”dan kənarda harada oynaya bilərəm? Yeddi yaşımdan burada oynayıram, ona görə də ağlıma başqa klub gəlmir. “Barsa” dünyanın ən yaxşısıdır”.
21 yaşlı oyunçu Kataloniya klubunun yetirməsidir. O, 2022-ci ildə əsas komandaya qoşulub, daha əvvəl klubun ehtiyat və gənclər akademiyasında təcrübə qazanıb.
Balde “Barselona”nın əsas heyətində 114 oyun keçirib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.