Ancelotti ilə vidalaşmaq istəyən “Real” Alonso ilə danışıqlar aparıb

8 Mart 15:40 İspaniya 203
Ancelotti ilə vidalaşmaq istəyən “Real” Alonso ilə danışıqlar aparıb

“Real” komandanın baş məşqçisi Karlo Ançelotti ilə ayrılmağa hazırlaşır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid klubunun nümayəndələri cari mövsümdə “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə danışıqlar aparıb.

43 yaşlı mütəxəssisin yayda Ançelottini əvəzləmək şansı var.

Ançelottinin “Real”la müqaviləsi gələn ilin ortalarına qədərdir. Madrid klubu La Liqanın turnir cədvəlində üçüncü yeri tutur, UEFA Çempionlar Liqasında isə 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti