
“Barselona”nın vingeri Lamin Yamal oyun zamanı statistikası barədə düşünmədiyini deyib.
Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, əsas diqqətini hər zaman öz oyununa verdiyini söyləyib:
“Məncə, əsas diqqəti öz oyununa yönəltmək və həmişə komanda üçün ən yaxşısını etməkdir. Statistikaya çox fikir verən futbolçu deyiləm.
Mən əylənmək, azarkeşləri əyləndirmək və təbii ki, qalib gəlmək üçün oynayıram. Mən öz performansımı digər oyunçularla müqayisə etmirəm.
Futbol matçına baxanda maraqlı oyunlar, driblinqlər görmək istəyirəm… İnsanlar bizim matçlarımıza gələndə oyunda bunu göstərməyə çalışıram.
Nəhayət, mən öz oyunumdan həzz alsam, azarkeşlər də alacaqlar”.
17 yaşlı futbolçu son beş matçında fərqlənə bilməyib və oktyabrda “Real”la oyundan sonra La Liqada qol vurmayıb.