“Artıq uşağa oxşamıram, çox şey dəyişib, hamı məni tanıyır”

01:40 İspaniya 85
“Artıq uşağa oxşamıram, çox şey dəyişib, hamı məni tanıyır”

“Barselona”nın vingeri Lamin Yamal şöhrət qazanmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o bu barədə UEFA-nın rəsmi saytına müsahibəsində bəhs edib.

“Əvvəllər uşaq kimi idim, amma AVRO-2024-ü qazandıqdan sonra hər şey dəyişdi. Artıq uşağa oxşamıram, daha da inamlı oldum.

Əvvəllər normal səyahət edə bilirdim, amma indi hava limanında olmaq mənim üçün çox çətindir, çünki hamı məni tanıyır.

Bu, fəxr olunası bir şeydir, lakin çətindir, çünki belə populyarlıq normal həyata mane olur”, - Yamal deyib.

Yamal İspaniya yığması ilə AVRO-2024-ün qalibi olub və eyni zamanda turnirin ən yaxşı gənc oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti