İndi də 1 milyard avroluq təklifdən imtina edir – Braziliyalı hücumçu

00:20 İspaniya 102
İndi də 1 milyard avroluq təklifdən imtina edir – Braziliyalı hücumçu

Vinisius Junior “Real”la müqaviləsini yeniləməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı davam etdirməyə hazırlaşırlar və Braziliya millisinin 24 yaşlı oyunçusu yayda yeni sözləşmə ilə bağlı danışıqları davam etdirəcək.

“Kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına qədər olan Vinisiusa Səudiyyə Ərəbistanından 5 illik, 1 milyard avroluq təklif var.

Bu təklifə braziliyalı oyunçunun reaksiyası belə olub:

“Real”da xoşbəxtəm, heç yerdə bundan yaxşı olmayacaq. Uşaqlıqda istədiyimə nail olmuşam və burada qalmağı düşünürəm. Ümid edirəm ki, müqaviləmi ən qısa zamanda yeniləyəcəm”.

“Real” rəhbərliyi Vinisiusun nümayəndələri ilə maliyyə tələblərini müzakirə edib və onun istəyini öyrənərək, mövsümün sonunda bu məsələyə qayıtmağa razılaşıb.

Paytaxt təmsilçisi disbalansdan qaçmaq istəyir və növbəti müqavilə yeniləmələrindən sonra maaş miqyasının necə görünəcəyini düşünür.

Fransalı forvard Kilian Mbappenin 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləsində heç bir problem yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti