"Əvvəlcə çoxu onu tənqid edirdi, amma indi..."

00:10 İspaniya 86
"Əvvəlcə çoxu onu tənqid edirdi, amma indi..."

İtaliyalı mütəxəssis Fabio Kapello fransalı hücumçu Kilian Mbappenin “Real”a uyğunlaşması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mbappenin əla futbolçu olduğunu bildirib:

“Mbappe əla futbolçudur. “Real”a uyğunlaşmaq üçün ona bir neçə ay lazım oldu. Əvvəlcə çoxu onu tənqid edirdi, amma indi ondan möhtəşəm futbol görürük”.

26 yaşlı hücumçu 2024-cü ilin yayında Madrid komandasının sıralarına qoşulub. O, İspaniya çempionatının cari mövsümündə 24 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti