
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik növbəti dəfə Lamin Yamalın “qol quraqlığ”ı ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı çalışdırıcı Yamalın həmişə komanda yoldaşları üçün şans yaratmağa çalışdığını bildirib:
“Yamal qol vurmaq istəyir, ancaq bizim üçün oyunçuların son ötürməni edə bilmələri də vacibdir. Həmişə komanda yoldaşları üçün şans yaratmağa çalışır.
O, bunu yaxşı bacarır. Lamin gec-tez qol vuracaq. Bu, normal haldır, çox faydalı işlər görür.
Sonda bir komanda 4:0 hesabı ilə qalib gələndə kimin qol vurmasının fərqi yoxdur. Mən hər kəsin xoşbəxt olduğunu düşünürəm”.
17 yaşlı futbolçu dünən komandasının “Real Sosyedad”ı 4:0 hesabı ilə darmadağın etməsinə kömək etsə də, qolların heç birinə birbaşa töhfəsi olmayıb.
O, son beş matçında fərqlənə bilməyib və oktyabrda “Real”la matçdan sonra La Liqada qol vurmayıb.