"Barselona" qonaqları “qol yağışı”nda “çimizdirdi” - VİDEO

12:00 İspaniya 279
"Barselona" qonaqları “qol yağışı”nda “çimizdirdi” - VİDEO

İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, "Barselona" öz meydanında "Real Sosyedad"ı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 57-yə yüksəldən "Barselona" liderliyini davam etdirir.34 xalı olan "Real Sosyedad" isə 9-cu yerdədir.

"Barselona" - "Real Sosyedad" 4:0
Qollar:
Jerar Martin, 25, Mark Kasado, 29, Ronald Arauxo, 56, Robert Levandovski, 60
Qırmızı vərəqə: Arits Elustondo, 17

Digər Xəbərlər
Xəbər Lenti