
“Real”ın yarımmüdafiəçisi Luka Modriçin karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə “Əl-Nəsr” və “Əl-İttihad” maraqlanır.
Klublar ona dəyəri 100 milyon avrodan çox olan iki illik müqavilə təklif etməyə hazırdırlar.
Amma “Real”ın da öz növbəsində Modriçlə bağlı öz planları var. Madrid klubu yarımmüdafiəçi ilə müqaviləni gələn ilin yayına qədər uzatmaq istəyir.