
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”a qarşı keçirilən son matçda (1:0) hücumçu Vinisius Juniora kapitan sarğısının verilməsinin səbəbini açıqlayıb.
Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu qarşılaşmada Vinisiusa daha çox məsuliyyət verdiyini bildirib:
“Niyə Vinni kapitan idi? Bu qarşılaşmada ona daha çox məsuliyyət verdim. Vinisius özünü komandanın əsl lideri kimi göstərdi. Bunu hamı hiss etdi”.
24 yaşlı braziliyalı hücumçu 2018-ci ilin yayından “kral klubu”nda çıxış edir. Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.