
“Real”ın keçmiş futbolçusu Xese Rodriqes adı Səudiyyə Ərəbistanı çempionatı ilə yanaşı hallanan Vinisius Juniorla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, o, Vinisiusun Səudiyyə Ərəbistanı çempionatına keçməyə razılıq verməməli olduğunu bildirib:
“Mən Vinisiusun yerində olsaydım, Səudiyyə Ərəbistanına köçməyə razı olmazdım. İndi o, dünyanın ən yaxşı klubunda oynayır.
Klub ona kapitan sarğısını verəcəyini bildirib. O, beş ildən sonra rahatlıqla ayrıla bilər. Bu, yalnız maliyyə ilə bağlı deyil”.
24 yaşlı braziliyalı forvardın “Real”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.
O, İspaniya çempionatının cari mövsümündə 19 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.