
“Bayern”lə müqaviləsi yayda başa çatacaq almaniyalı yarımmüdafiəçi Coşua Kimmix Avropanın daha bir klubunun diqqətini çəkib.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” 30 yaşlı futbolçunu transfer etmək istəyir.
Kimmixi dəvət etməkdə madridlilərin baş məşqçisi Dieqo Simeone şəxsən maraqlıdır.
“Atletiko”dan başqa, PSJ, “Liverpul” və “İnter” də Kimmixi transfer etmək istəyir. Onun “Bayern”lə müqaviləsi bu ilin iyunun sonunda başa çatacaq.