“Barsa”lı ulduza 75 milyon avro təklif edir -

28 Fevral 21:40 İspaniya 254
“Barsa”lı ulduza 75 milyon avro təklif edir -

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatını İngiltərə Premyer Liqasına dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” niderlandlı futbolçu ilə maraqlanır.

İngiltərə klubu yarımmüdafiəçi üçün 75 milyon avro təklif edir. Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.

De Yonq 2019-cu ilin yayından Kataloniya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.

27 yaşlı futbolçu İspaniya La Liqasının bu mövsümündə kataloniyalıların heyətində 14 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti