
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Arda Gülərin “Real Sosyedad”la son oyundakı çıxışından danışıb.
Sportinfo.az “Fotomac”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Ardanın əla iş gördüyünü söyləyib:
“Arda əla iş gördü. Biz də onunla xoşbəxt olmalıyıq, çünki bu, çox rəqabətli və gərgin matç idi”.
Madridlilər dünən İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə “Real Sosyedad”ı məğlub edib.
1:0 hesabı ilə başa çatan matçda türk futbolçu start heyətdə oyuna başlayıb, 84 dəqiqə meydanda olub.
19 yaşlı Arda bu mövsüm bütün yarışlarda 28 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.