VAR-ın tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klub - AÇIQLADILAR

15:40 İspaniya 230
VAR-ın tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klub - AÇIQLADILAR

“Real”ın klub telekanalı Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrini şərh edib.

Karlo Ançelottinin komandası İspaniyanın digər klubu “Atletiko” ilə qarşılaşacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun televiziyasında “Atletiko”nun VAR sisteminin tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klub olduğu bildirilib:

“Atletiko” VAR sisteminin tətbiqindən sonra hakimlərdən ən çox yardım alan klubdur”.

Madrid komandaları arasında ilk qarşılaşma martın 4-də baş tutacaq. Cavab matçı isə martın 12-nə təyin edilib.

“Atletiko” Çempionlar Liqasının 1/8 finalına birbaşa yüksəlib, “Real” isə pley-off matçlarında “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb (3:2, 3:1).

Digər Xəbərlər
Xəbər Lenti