“Barselona”ın transfer siyahısında yer aldı - “Arsenal”ın yarımmüdafiəçisi

17:20 İspaniya 121
“Barselona”ın transfer siyahısında yer aldı -  “Arsenal”ın yarımmüdafiəçisi

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti əvvəllər “Atletiko”da çıxış etdiyi İspaniya çempionatına qayıda bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Barselona” maraqlanır.

Kataloniya klubu Partini azad agent kimi transfer edə bilər, çünki onun “topçular”la müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

Parti bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti