Bir neçə Avropa klubu onunla maraqlanır - Özü ayrılmaq istəməsə də

16:55 İspaniya 152
Bir neçə Avropa klubu onunla maraqlanır - Özü ayrılmaq istəməsə də

Bir neçə Avropa klubu “Real”ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

PSJ son transfer pəncərəsində ispan futbolçunu almağa cəhd edib. “Real”ın Asensionu satmaq fikrində olmadığı vurğulanır.

Futbolçunun özü də “kral klubu”ndan ayrılmaq istəmir. 22 yaşlı müdafiəçinin müqaviləsində 50 milyon avroluq satın alma maddəsi var.

Asensio cari mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti