Növbəti iki matçı buraxmalı olacaq - Şikayəti rədd edildi

15:15 İspaniya 118
Növbəti iki matçı buraxmalı olacaq - Şikayəti rədd edildi

İspaniya Futbol Federasiyasının Apelyasiya komitəsi “Real”ın futbolçusu Cud Bellingemin iki oyunluq cəzasının ləğvi ilə bağlı müraciətini rədd edib.

Sportinfo.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi La Liqada növbəti iki matçı buraxmalı olacaq.

O, “Jirona” və “Betis”lə matçda komandasına kömək edə bilməyəcək.

İspaniya La Liqasının 24-cü turunun “Real” – “Osasuna” matçında (1:1) hakim Montero Madrid təmsilçisinin yarımmüdafiəçisi Bellingemin onu təhqir etdiyi bildirərək birbaşa qırmızı vərəqə göstərmişdi.

Ona görə də 21 yaşlı oyunçu 2 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”