Premyer Liqadan iki klub “Barselona” ilə əlaqə saxladı - Ona görə

00:20 İspaniya 134
Premyer Liqadan iki klub “Barselona” ilə əlaqə saxladı - Ona görə

“Barselona”da çıxış edən Frenki de Yonq karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçini “Arsenal” və “Liverpul” heyətinə qatmaq istəyir.

İngiltərə klubları 27 yaşlı futbolçunun yayda mümkün transfer şərtlərini müzakirə etmək üçün artıq kataloniyalılarla əlaqə saxlayıb.

De Yonq bu mövsüm “Barselona”nın heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”