“Düzünü desəm, mən əvvəllər onu o qədər də tanımırdım”

22 Fevral 18:20 İspaniya 138
“Düzünü desəm, mən əvvəllər onu o qədər də tanımırdım”

“Barselona”nın vingeri Lamin Yamal komandanın almaniyalı baş məşqçisi Hans-Diter Fliklə işləmək barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Flikin onun ən yaxşı məşqçilərindən biri olduğunu deyib:

“Əvvəldən Flik komandanın başına keçən kimi hər şey yaxşı getdi. Yayda Avropa çempionatında millinin heyətində idim, amma onunla danışa bildim.

Onun hamımıza necə bağlı olduğuna, hamı ilə danışmağa çalışmasına təəccübləndim. Davamlı olaraq baş verənlərin səbəbini izah etməyə çalışır.

Flik mənim ən yaxşı məşqçilərimdən biridir. Düzünü desəm, əvvəllər onu o qədər də tanımırdım”.

Yamal Kataloniya klubunun yetirməsidir. 17 yaşlı futbolçu bu mövsüm La Liqada 21 matçda iştirak edib, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”