Onun “Barselona”da məsləhətçisi kimdir? - AD ÇƏKDİ

22 Fevral 15:20 İspaniya 289
Onun “Barselona”da məsləhətçisi kimdir? - AD ÇƏKDİ

“Barselona”nın vingeri Lamin Yamal komanda yoldaşlarından ən çox hansı ilə ünsiyyətdə olduğunu deyib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu ən yaxşı Rafinya Diasla münasibətinin olduğunu bildirib:

“Barselona”da mənə kim məsləhət verir? Veteranlar arasında Rafinya Dias da var.

Komanda yoldaşlarımın çoxu ya mənim yaşımdadır, ya da, bir az böyük olduğundan, onu veteran hesab edirəm.

Rafinya matçlardan əvvəl və məşq zamanı daim mənimlə danışır. Onunla ən yaxşı münasibətim var”.

17 yaşlı Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”