Onu meydandan qovan şirkət sahibi imiş! Şübhə yaratdı, araşdırma başladıldı - FOTO

20 Fevral 10:20 İspaniya 456
Onu meydandan qovan şirkət sahibi imiş! Şübhə yaratdı, araşdırma başladıldı - FOTO

Sportinfo.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası “Osasuna” - “Real Madrid” matçında Cud Bellingemi meydandan qovan ispaniyalı hakim Xose Munuera Montero ilə bağlı araşdırma başladıb.

Munuera Monteronun “Mançester Siti”, “Atletiko Madrid” və PSJ-də işəgötürmə xidmətlərini reklam edən “Talentus Sports” şirkətinini sahibi olduğu deyilir.

Bildirilir ki, federasiyanın xüsusi komitəsi potensial maraqlar toqquşması ilə əlaqədar hakimlə bağlı araşdırmaya başlayıb. Monteroya qarşı iş açılarsa, o, beş ilədək diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcək.

Bundan başqa, “El Espanyol” nəşri şirkətin La Liqa prezidenti Xavyer Tebasın məsləhətçisi Serxio Sançez Kastanyer tərəfindən idarə olunduğunu qeyd edib.

İspaniya La Liqasının 24-cü turunun “Real” – “Osasuna” matçında (1:1) Montero Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellingemin onu təhqir etdiyi bildirərək birbaşa qırmızı vərəqə göstərmişdi. O, həmçinin “Real”ın qapısına penalti təyin etmişdi.

Sonradan məlum olub ki, Bellingem uzunmüddətli qadağa ilə üzləşə bilər. “Real Madrid” bu qərardan narazılığını bildirib və yarımmüdafiəçiyə sanksiya tətbiq olunarsa, apellyasiya şikayəti vermək niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti