“Mən hər şeyi “Barselona”ya borcluyam” – Lamin Yamal

20 Fevral 01:40 İspaniya 205
“Mən hər şeyi “Barselona”ya borcluyam” – Lamin Yamal

“Barselona”nın vingeri Lamin Yamal klubla müqavilə müddətinin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər şeyi “Barselona”ya borclu olduğunu deyib:

“Düşünürəm ki, heç kim mənim “Barselona”nın nə qədər böyük fanatı olduğuma, bu komandada qalmaq istədiyimə şübhə etmir.

Hər iki tərəf nəyinsə olmasını istəyirsə, o da olacaq. Mən hər şeyi “Barselona”ya borcluyam”.

17 yaşlı hücumçu bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 32 matçda meydana çıxıb, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”