Daha 1 il “Barselona”da qalacaq - Robert Levandovski

19 Fevral 01:40 İspaniya 199
Daha 1 il “Barselona”da qalacaq - Robert Levandovski

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski daha bir il Kataloniya klubunda qalacaq.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun müqaviləsi “Rayo Valyekano” ilə matçda meydana çıxdığı təqdirdə, avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılmalı idi.

Komandalar arasında oyun dünən baş tutub. “Barselona” rəqibini 1:0 hesabı ilə məğlub edib. Levandovski 81 dəqiqə oynayıb və penaltidən qələbə qolunu vurub.

Levandovski bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib, 32 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti