“Barselona” Levandovski ilə liderliyə yüksəldi - VİDEO

18 Fevral 10:00 İspaniya 358
“Barselona” Levandovski ilə liderliyə yüksəldi - VİDEO

La Liqada 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda “Barselona” evdə “Rayo Valyekano” ilə qarşılaşıb.

Kataloniya təmsilçisi matçda minimal hesabla qalib gəlib - 1:0. Qarşılaşmada yeganə qolu 28-ci dəqiqədə penaltidən Robert Levandovski vurub.

Bununla da “Barselona” xallarının sayını 51-ə çatdıraraq “Real Madrid”ə çatıb və əlavə göstəricilərə görə “kral klubu”nu qabaqlayaraq liderliyə yüksəlib.

“Rayo Valyekano” isə 35 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti