Çətin ki, yaxın gələcəkdə “Barselona”nın formasını geyinsin – Transfer “düyünə düşdü”

18 Fevral 01:30 İspaniya 224
Çətin ki, yaxın gələcəkdə “Barselona”nın formasını geyinsin – Transfer “düyünə düşdü”

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala çətin ki, yaxın gələcəkdə “Barselona”nın formasını geyinsin.

Sportinfo.az “Relevo”ya istinadən xəbər verir ki, Kataloniya klubu almaniyalı futbolçuya iddialılar arasında idi, amma indi deyəsən, nəhayət, transferin mümkünsüzlüyü ilə barışmağa məcbur olub.

21 yaşlı futbolçu bu yaxınlarda “Bayern”lə 2030-cu ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

“Barselona” artıq hədəf olmadığı üçün onunla müqavilə bağlamaq fikrindən imtina edib.

Musiala bu mövsüm Vensan Kompaninin komandasının heyətində bütün yarışlarda 31 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”