“Real”ın ulduzu 12 oyunluq cəzalandırılacaq? – Təhqirə görə

17 Fevral 01:30 İspaniya 296
“Real”ın ulduzu 12 oyunluq cəzalandırılacaq? – Təhqirə görə

“Real”ın futbolçusu Cud Bellingem 12 oyunluq cəzalana bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda “Osasuna” ilə matçda (1:1) baş hakimi təhqir etməsidir.

İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellingem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti