Öz oğlunu millinin məşqçilər heyətinə daxil etdi

16 Fevral 01:40 İspaniya 339
Öz oğlunu millinin məşqçilər heyətinə daxil etdi

İspaniya millisinin məşqçilər heyətində dəyişikliklər var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ildən Avropa çempionlarının çalışdırıcısı olan Luis de la Fuente texniki komandasının tərkibini yeniləmək qərarına gəlib.

De la Fuente analitik kimi oğlunu da məşqçilər heyətinə daxil edib. Maraqlıdır ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti də əvvəllər eyni şeyi etmişdi.

Onun qərarı indiyə qədər özünü doğruldub, Davide Ançelotti özünü yaxşı tərəfdən göstərir. Deməli, Albert de la Fuentenin hələ göstərməli və sübut edəcəyi çox şey var.

Komandanın ikinci məşqçisi də dəyişib. İndi De la Fuentenin “sağ əli” bu vəzifədə Pablo Amonu əvəzləyən Xuanjo Qonsales Arqüellesdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”